Rusiya ordusu Zaporojye AES-i minalayıb

Xüsusilə AES-in soyuducusu minalanıb...

“Rusiya Zaporojye Atom Elektik Stansiyasını (AES) minalayıb”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

O bildirib ki, xüsusilə AES-in soyuducusu minalanıb: “Əgər onu sıradan çıxarsalar, bu, ciddi problemlərlə nəticələnə bilər”.

Qeyd edək ki, Rusiya ordusu Zaporojye AES-i 2022-ci ilin yazında işğal edib. Obyekt Rusiyanın Rosatom şirkəti tərəfindən idarə olunur.

Xatırladaq ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak daha əvvəl söyləmişdi ki, Rusiya Zaporojye AES-i vura bilər.

Poliqon.info