İranda un və çörək çatışmazlığı ilə bağlı xəbərdarlıq edilib

Hazırda un və çörək çatışmazlığı problemi ilə üz-üzəyik...

APA xəbər verir ki, bu barədə İran İslam Şurasının (Parlament) Urmiyadan olan millət vəkili Seyid Salman Zakir bildirib.

Millət vəkili un və çörək çatışmazlığı ilə bağlı xəbərdarlıq edib. O qeyd edib ki, hazırda un və çörək çatışmazlığı problemi ilə üzləşiblər və fermerlərin 40 faizi - 400 min milyard rial buğda məhsuluna borcu hələ də ödənilməyib.

Deputat vurğulayıb ki, kənd təsərrüfatı təyinatlı torpaqlarının paylanması problemi yeni təyin edilmiş nazir Məhəmmədəli Nikbəxtin planlarında nəzərə alınmayıb: “Təəssüf ki, fermerlərin tələbatlarının ödənilməsinə, onların problemlərinə, suvarma məsələsinə diqqət yetirilməyib”.

Poliqon.info