Bərdədə leysan

Bu gecə Bərdə rayonunda leysan xarakterli yağış yağıb
Külək və ildırım çaxması ilə müşayət olunan leysan təqribən yarım saat davam edib. Leysan rayonun elektirk təssərrüfatına ciddi ziyan vurub. Belə ki, Bərdə şəhərinə və rayonun bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Küləyin evlərin dam örtüklərini və ağacları aşırması halları isə müşahidə olunmayıb. Qeyri sabit hava şəraiti gecə saat 1-ə qədər davam edib. (ans)