Tramp: Putinə dedim ki, bunu etmə, cəhənnəmi görəcəksən...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya qoşunlarının Ukraynaya müdaxiləsini bir neçə il təxirə saldığını iddia edib...

Poliqon xəbər verir ki, bu barədə o, Fox News telekanalına müsahibəsində bildirib.

“Mənim Putinlə çox yaxşı münasibətim var. Demək istədiyim odur ki, mən onunla çoxdan danışmıram, amma Putinlə çox güclü münasibətim var”, deyə Tramp bildirib.

“Qulaq as, mən onunla (Putinlə-red.) danışmışam. Dedim ki, bunu (Ukraynaya hücum-red.) etsən, cəhənnəmi görəcəksən. Bu bir fəlakət olacaq. Bunu etmər”, deyə sabiq ABŞ prezidenti bildirib.

Aparıcının Putinin Ukraynanı işğal etməkdə səhv edib-etmədiyini soruşduqda Tramp deyib ki, əgər o, ABŞ prezidenti kimi qalsaydı, Rusiya lideri Ukraynaya hücum etməzdi.

Tramp həmçinin deyib ki, onun Ukrayna prezidenti Volodimir Zelenski ilə, eləcə də Putinlə yaxşı münasibəti var və buna görə də onları sülh razılaşmasına məcbur etmək onun üçün asan olacaq:

Poliqon.info