FT: İranla nüvə müqaviləsi olmazsa, 2024-cü ildə Tramp hakimiyyətə gələ bilər...

Əgər razılaşma olmazsa, Trampın 2024-cü ildə yenidən Ağ Evə qayıdış riski var...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri yazıb. Nəşr qeyd edir ki, İran uzun müddətdir ki, nüvə proqramının mülki məqsədlər üçün olduğuna israr edir və dəfələrlə 2015-ci il Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtmaq arzusunu ifadə edib.

FT yazır ki, son həftələrdə İran rəsmiləri nüvə infrastrukturunu qoruyaraq, gərginliyi azaltmağa və sanksiyalara məruz qalan iqtisadiyyata təzyiqləri azaltmağa hazır olduqlarından danışırlar. Bununla belə, Qərbdə hesab edirlər ki, mövcud rejim sərt mövqeyinə görə, İranın axtardığı “gələcək vədlər” olmadan JCPOA-ya yenidən baxılmalıdır. Lakin razılaşma əldə olunmasa, İran nüvə yanacağını 90%-ə qədər zənginləşdirə və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə üzvlüyünü dayandıra bilər.

FT-nin qənaətinə görə, əgər razılaşma olmazsa, Trampın 2024-cü ildə yenidən Ağ Evə qayıtması riski yüksələcək. Paralel olaraq İranın nüvə silahı əldə etmək üçün çalışmalarını davam etdirməsi ehtimalı var.

Poliqon.info