Ukrayna Paşinyanı düşmənləri siyahısına daxil etdi... - Ermənistana sanksiya gəlir?

Ukraynanın “Mirotvorets” saytı Ermənistan Baş naziri Nikol Paşinyanı Ukraynanın düşmənləri siyahısına daxil edib...

Politoloq: “Ukrayna tərəfindən bu cür informasiyanın yayılması ondan xəbər verir ki, bir tərəfdən Ermənistan Qərblə əməkdaşlığı qabardır, digər tərəfdən də özünə aid olmayan, ümumiyyətlə regiona daxil olmayan ərazidə humanitar böhranda, fəlakətdə iştirak edir”.

“Qərb ölkələri artıq kimin kim olmasından asılı olmayaraq, Ukrayna məsələsinə qarşı gələn istənilən dövlətə, istənilən şəxsə qarşı aqressiya və dözümsüzlük nümayiş etdirir”.

Bu sözləri politoloq Samir Hümbətov Nikol Paşinyanı Ukraynanın düşmənləri siyahısına daxil edilməsini Poliqon-a şərh edərkən qeyd edib.

Ukraynanın “Mirotvorets” saytı Ermənistan Baş naziri Nikol Paşinyanı Ukraynanın düşmənləri siyahısına daxil edib. Qeyd edək ki, “Mirotvorets” saytına düşən şəxslər bir qayda olaraq sanksiyalara məruz qalər və həmin şəxsin Ukraynaya girişi qadağan edilir. Paşinyanın da bu siyahıya əlavə edilməsi Ukraynaya qarşı humanitar təcavüzdə iştirak etməsi ilə izah edilir.

Ukrayna tərəfinin belə bir addım atmasını nəylə izah etmək olar və demək olarmı ki, artıq Ermənistana sanksiyaların tətbiq edilməs də, gündəmə gələ bilər?

Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Əgər Ermənistan bu cür ikili oynamağa davam edəcəksə, əlbəttə ki, Qərb ölkələri Yerevana qarşı sanksiyalar tətbiq edə bilərlər”.

Qarşıdakı dönəmdə İrəvanın ikili oyunlarının Ermənistana hansı fəlakətləri gətirməsinin hələ tam dəqiq hesablana bilmədiyini vurğulayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, bu Paşinyanın və onun komandasının atacağı addımlardan asılıdır:

“Ukrayna tərəfindən bu cür informasiyanın yayılması ondan xəbər verir ki, bir tərəfdən Ermənistan Qərblə əməkdaşlığı qabardır, digər tərəfdən də özünə aid olmayan, ümumiyyətlə regiona daxil olmayan ərazidə humanitar böhranda, fəlakətdə iştirak edir. Təbii ki, belə olan halda Ermənistana qarşı tədbirlərin görülməsi qaçınılmazdır.

Qərb ölkələri artıq kimin kim olmasından asılı olmayaraq, Ukrayna məsələsinə qarşı gələn istənilən dövlətə, istənilən şəxsə qarşı aqressiya və dözümsüzlük nümayiş etdirir, sanksiyalar tətbiq edir və s. İndi tam şəkildə Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını demək olmaz.

Samir Hümbətov: “Məhz Ukraynaya hücumla bağlı Rusiyaya verdiyi dəstəyə görə İrana qarşı tətbiq edilən sanksiyalar Ermənistanı da gözləyə bilər”.

Fakt budur ki, Rusiyanın özünə tətbiq edilən sanksiyalar Ermənistana da təsir edir. Çünki tətbiq edilən sanksiyalara görə Rusiyanın xarici ticarətində, beynəlxalq bank ticarətində problemlər yaranır. Buna görə də, bank fəaliyyəti zəifləyir. Bu da təbii ki, Ermənistanla Rusiya arasında olan maliyyə, bank anlaşmalarında, üstəlik ümumi ticarət məsələlərində problemlər yaranır. Beləliklə də, zərbənin bir növü də Ermənistana dəyir.

Qarşıdakı dönəmdə Ermənistanın ikili oynamasının ona hansı fəlakətləri gətirməsi hələ tam dəqiq hesablana bilmir. Çünki bu Paşinyanın və onun komandasının atacağı addımlardan asılıdır. Amma görünən odur ki, əgər Ermənistan bu cür ikili oynamağa davam edəcəksə, əlbəttə ki, Qərb ölkələri Yerevana qarşı sanksiyalar tətbiq edə bilərlər. Məhz Ukraynaya hücumla bağlı Rusiyaya verdiyi dəstəyə görə İrana qarşı tətbiq edilən sanksiyalar Ermənistanı da gözləyə bilər”.

Nərminə UMUDLU Poliqon.info