Məhkəmədən Trampa qadağa...

Məhkəmə Tramp məxfi sənədlərin qeyri-qanuni saxlanılması ilə bağlı materialları dərc etməyi qadağan edib...

Poliqon xəbər verir ki, Federal hakim Brüs Reynhart Ədliyyə Nazirliyinin keçmiş prezident Donald Trampa Florida ştatındakı Mar-a-Laqo mülkündə gizli sənədlərin qeyri-qanuni saxlanması ilə bağlı istintaqı əvvəlcədən icazə almadan açıqlamasını qadağan etmək təklifini qəbul edib.

“Müttəhimlər iş materialları ilə yalnız müdafiəçinin və ya müdafiəçi komandasının üzvünün birbaşa nəzarəti altında çıxış edə bilərlər”, deyə hakimin qərarında bildirlir.

Hakimin qərarına əsasən, Tramp nə mediada, nə də sosial şəbəkələrdə məsələ ilə bağlı məlumat yaya bilməyəcək. O, iş üzrə toplanmış sübutları, o cümlədən məxfi sənədləri yalnız vəkillərinin iştirakı ilə araşdırmaq hüququna malik olacaq.

Xatırladaq ki, ötən həftə ABŞ Ədliyyə Departamenti məhkəmədən Trampın Mar-a-Laqodakı malikanəsində məxfi sənədlərin qeyri-qanuni saxlanması işi üzrə istintaq materiallarının əvvəlcədən razılıq olmadan mediaya ötürülməsinin və ya sosial şəbəkələrdə dərc edilməsinin qarşısını almağı xahiş edib.

Qeyd edək ki, Trampın malikanəsində tapılan sənədlərin siyahısına “tam məxfi” və “məxfi” qrifli sənədlər də daxildir. Trampın özü axtarışlardan sonra ələ keçirilən sənədləri könüllü olaraq təhvil verməyə hazır olduğunu bildirib.

Bundan sonra prokurorlar Trampa qarşı 37 maddə üzrə ittiham irəli sürüblər. Eks-prezident də öz növbəsində özünü təqsirli bilməyib, ittihamı absurd və məhkəmə prosesini Ağ Evin səlahiyyətlərindən sui-istifadə etməsinin nümunəsi olaarq dəyərləndirib.

Poliqon.info