Hacıqabul sakini ürəyindən bıçaqlanıb

Münaqişə zəminində Hacıqabul sakini bıçaqlanıb...

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul şəhərində münaqişə zəminində bıçaqlanma hasisəsi baş verib.

Hacıqabul rayonunun Meyniman kənd sakini, 1963-cü il təvəllüdlü Süleymov İsmət Fazil oğlu qohumu tərəfindən ürək nahiyəsindən bıçaq zərbəsi alıb. Yaralı Şirvan xəstəxanasına çatdırlıb və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info