Ukrayna Dünya Bankından 63 milyon avro alıb

Ukrayna Dünya Bankından 63 milyon avro alıb...

Bu barədə Ukraynanın Maliyyə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Bildirilir ki, bu vəsait dövlət büdcəsinin xərclərinin qismən ödənilməsinə, xüsusilə də 2023-cü ilin fevral-mart aylarının müəllim və dövlət qurumlarında çalışan işçilərin əməkhaqlarının ödənilməsinə yönəldiləcək.

Kreditin ödənilməsi üçün Ukraynaya 10 il və 4 illik güzəşt müddəti verilib.Daha əvvəl bildirilib ki, BMT-nin İnkişaf Proqramı çərçivəsində Ukraynanın bərpası üçün BMT bir milyard dollar toplamaq niyyətindədir.

Poliqon.info