Şirvanda yabanı halda bitmiş çətənə kolları məhv edilib

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir...

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaşxaş-2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı şəhərin Çılpaqlı qəsəbəsi ərazisində yerləşən meşəlik ərazidə yabanı halda bitən 283 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.

Poliqon.info