Əmisi oğluna bıçaqla hücum edən futbolçuya 18 aylıq həbs cəzası

Amsterdam məhkəməsi Moskvanın “Spartak” klubunun futbolçusu Quinsi Promesi əmisi oğluna hücum etdiyinə görə qiyabi olaraq 18 ay həbs cəzasına məhkum edib...

Poliqon xəbər verir ki, hadisə 2020-ci ilin iyul ayında baş tutan bir ziyafətdə baş verib. Futbolçu əmisioğluna bıçaqla hücum edib.

İndi Promes Moskvada yaşayır. May ayında Niderland prokurorluğu da futbolçunu narkotik qaçaqmalçılığında şərik olmaqda ittiham edib. Söhbət ümumi çəkisi 1370 kq olan iki partiyadan gedir. Müstəntiqlərin fikrincə, Promes ona qarşı ittiham olunan hərəkətləri hələ 2020-ci ildə törədib.

Quinsi Promes 2014-2018-ci illərdə “Spartak”da çıxış edib, sonra “Sevilya” və “Ayaks”da oynayıb. O, 2021-ci ildə Moskvaya qayıdıb və “Spartak”la 8,5 milyon avroya 3,45 illik müqavilə imzalayıb (bonuslarla birlikdə dəyəri 11 milyon avroya çata bilər). Onun Rusiyadakı maaşı qeyri-rəsmi məlumatlara görə, mövsümdə təxminən 3,5 milyon avrodur.

Poliqon.info