“Region qaynar qazan kimidir” - Politoloqdan son sərhəd təxribatlarına şərh...

Son günlər sərhəd təxribatlarının arxasında təkcə Ermənistan dövləti və Ermənistandakı qüvvələr deyil, eyni zamanda, digər qüvvələrin də olduğu açıq şəkildə görülməkdədir...

Politoloq: “Baş vermiş təxribat ilk deyil, son da olmayacaq. Təxribatın olmayacağını gözləmək sadəlövhlük olardı”.

“Ermənistanın yenidən bir sıra ölkələrdən məsələn, İran, Fransa, Hindistandan silah aldığı, daha doğrusu verildiyi məlum olur”.

Bu sözləri politoloq Azər Qasımov son günlər sərhəddə yaranan gərginliyi Poliqon-a şərh edərkən qeyd edib.

Son günlər Azərbaycan-Ermənistan siyasi dövlət sərhədində, eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin Laçın rayonu ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsində baş verən təxribatların arxasında təkcə Ermənistan dövləti və Ermənistandakı qüvvələr deyil, eyni zamanda, digər qüvvələrin də olduğu açıq şəkildə görülməkdədir.

Bəs bu təxribatların böyüyə biləcəyi ehtimalı varmı?

Azərbaycan və Ermənistan arasındakı münasibətlərin son vəziyyətini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Ermənistanı dizə gətirmək Azərbaycan üçün iki vur iki olardı, sadəcə Ermənistan regionda elə durumdadır ki, hər şəkildə təxribata uymağa hazırdır”.

Ermənistanın kimlərinsə, təhriki ilə törədə biləcəyi təxribatın özlərindən başqasına zərbə vurmayacağını vurğulayan politoloq Poliqon-a bildirib ki, hər zaman bunun şahidi oluruq:

“Baş vermiş təxribat ilk deyil, son da olmayacaq. Təxribatın olmayacağını gözləmək sadəlövhlük olardı. Rusiyanın, İranın maraq dairələrinin olduğu bir regionda təxribat gözləmək adi və gözlənilən hal olmalıdır, xüsusən də, adı dövlət olan Ermənistan kimi nə olduğu bilinməyən oyuncaq dövlət olduğu bir durumda. Regiona Ermənistanın yürütdüyü qeyri-konstruktiv siyasət səbəbindən daxil olmayan maraqlı güc qalmayıb.

Bir-biri ilə dünya üzərində münaqişə edən dövlətlərin əksəriyyəti bu regiondadır. Region qaynar qazan kimidir. Məsələ ondadır ki, Azərbaycanın yürütməyə çalışdığı sülhpərvər siyasət də buna görədir. Vəziyyətin həssaslığını nəzərə alıb ehtiyatlı siyasət yürütmək. Əslində Ermənistanı dizə gətirmək Azərbaycan üçün iki vur iki olardı, sadəcə Ermənistan regionda elə durumdadır ki, hər şəkildə təxribata uymağa hazırdır.

Azər Qasımov: “Bir-biri ilə dünya üzərində münaqişə edən dövlətlərin əksəriyyəti bu regiondadır”.

Ermənistanın yenidən bir sıra ölkələrdən məsələn, İran, Fransa, Hindistandan silah aldığı, daha doğrusu verildiyi məlum olur. Bununla bir daha Ermənistan göstərir ki, bu, dövlət adındakı qurum ağılla deyil, başqa yerləri ilə fikirləşirlər. Təbii ki, Ermənistanın kimlərinsə, təhriki ilə törədə biləcəyi təxribat özlərindən başqasına zərbə vurmayacaq. Hər zaman bunun şahidi oluruq. Amma israrla eyni səhvi etməyin adı xəstəlikdir. Erməni xəstəliyi.

Azərbaycan isə bu xəstəliyin dərmanını tapıb. Dəmir yumruq, amma bu dəfəki yumruq keçən dəfəkinə bənzəməyəcək. Bu yumruqdan sonra ermən toplumu uydurduqları orta çağ dövrünə qayıdacaqlar. Bəlkə onda özlərini xoşbəxt hiss edərlər. Çünki onların müasir çağda işləri yoxdur”.

Nərminə UMUDLU Poliqon.info