İstehlaka yararsız müxtəlif növ 33 ton süd məhsulu məhv edilib

İstehlaka yararsız müxtəlif növ 33 ton süd məhsulu məhv edilib...

Bu barədə Poliqona Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

“Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 33 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Poliqon.info