Mayk Pens: Trampın məhkəməsi ABŞ haqqında dünyaya dəhşətli mesaj verir...

ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərinə namizəd olmaq qərarını açıqlayan keçmiş vitse-prezident Mayk Pens sabiq prezident Donald Trampın məhkəməsinin ölkə ilə bağlı dünyaya “dəhşətli mesaj” verdiyini deyib...

Poliqon xəbər verir ki, Pens NBC News kanalında Trampın “məxfi dövlət sənədlərini gizlətmək”də ittiham olunduğu işlə bağlı sualları cavablandırıb.

ABŞ-ın keçmiş prezidentinin hazırkı administrasiya tərəfindən mühakimə olunmasının dünyaya ABŞ haqqında “dəhşətli mesaj” verdiyini deyən Pens Trampa qarşı irəli sürülən ittihamın qütbləşmiş Amerika siyasətini daha da parçalamağa xidmət etdiyini deyib.

Sabiq vitse-prezident Trampa qarşı irəli sürülən iddiaların “ciddi” olmasına baxmayaraq, prezident Co Baydenin evindən və ofisindən çıxan məxfi sənədlər və oğlu Hunter Baydenə qarşı irəli sürülən ittihamlarla əlaqədar qurumların eyni mövqedən çıxış etmədiyinə eyham vurub.

Ədliyyə Nazirliyinin hamıya eyni münasibət göstərməsi lazım olduğunu qeyd edən Pens prezident olacağı təqdirdə Trampın işi ilə bağlı amnistiyadan istifadə edib-etməyəcəyi ilə bağlı suala konkret cavab verməyib.

“Respublikaçılar Partiyasının praymerizlərindəki bəzi opponentlərim niyə keçmiş prezidentin təqsirli bilinəcəyini güman edirdilər, bilmirəm” dedi Pens bildirib.

2020-ci il prezident seçkilərində “fırıldaqçılıq" iddiaları və 6 yanvar Konqres basqınında baş verən hadisələrlə bağlı Trampdan ayrılan Pens, onun 2020-ci il seçkiləri ilə bağlı "hüquqi komanda tərəfindən yanlış istiqamətləndirildiyini" görə biləcəyinə ümid etdiyini deyib.

“Özünü konstitusiyadan üstün tutan heç kəs prezident olmamalıdır”, deyə Pens əlavə edib.

Poliqon.info