Mayk Pens Rusiyanın Ukrayna üzərində qələbəsini olverilməz hesab edir...

ABŞ-ın keçmiş vitse-prezidenti və 2024-cü il seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə namizəd Mayk Pens Rusiyanın Ukrayna üzərində qələbəsini NATO ölkələri üçün təhlükə olaraq dəyərləndirib...

Poliqon xəbər verir ki, bu barədə NBC News kanalı məlumat yayıb. Pens bildirib ki, Ukrayna qüvvələrinin məğlub olacağı təqdirdə Rusiya ordusu NATO sərhədlərini keçəcəcək və Alyans ölkələrindən birinə hücum edəcək. Pens qeyd edib ki, bu zaman ABŞ ordusu müttəfiqləri üçün sahədə döyüşməyə məcbur olacaq. Ona görə də Vşinqton Ukraynanın qalib gəlməsi üçün hər şeyi etməlidir.

“Düşünrəm ki, Rusiya Ukraynanı məğlub etsə, çox keçmədən rus ordusu NATO ölkələrinin birinin sərhədini keçəcək. Ozaman bizim vətəndaşlarımız, ordumuz Avropada döyüşə getməli olacaq”, deyə Pens bildirib.

Sabiq vitse-prezident qeyd edib ki, söhbət ABŞ-ın NATO müttəfiqləri olan Polşa, Estoniya, Latviya, Litvadan gedir və Rusiyanın bu ölkələrdən birinə təcavüz etməsi istisna oluna bilməz.

Poliqon.info