Putin Afrika liderlərinin təklifini geri çevirib...

Vladimir Putin Rusiya ilə Ukrayna arasında vasitəçilik etmək istəyən Afrika liderlərinin bir neçə təklifini rədd edib...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir. Nəşr yazır ki, Afrika liderləri ilə görüşü zamanı Putin, təklifləri mübahisələndirib və bildirib ki, münaqişə Ukrayna və onun Qərb müttəfiqləri tərəfindən uzun illər başladılıb. Rusiya prezidenti həmçinin həmçinin Afrikaya xüsusilə ağır zərbə vuran ərzaq qiymətlərinin qlobal artımına görə Rusiyanı deyil, Qərbi günahlandırıb və Ukraynandan olan taxıl ixracının yüksək ərzaq qiymətlərinin aşağı salınmasına təsir etmədiyinə işarə edib.

Putin qeyd edib ki, Rusiya heç vaxt Ukrayna tərəfi ilə danışıqların əleyhinə olmayıb, lakin istənilən halda dünya Rusiyanın Ukraynanın 5 regionunu ilhaq etməsini nəzərdə tutan “yeni reallıqları” qəbul etməlidir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Afrika planının əsas yanaşmaları ilə razılaşdığını desə də, Kremlin sözçüsü Dmitri Peskov bu planı “həyata keçirməyin çətin olacağını” qeyd edib.

Poliqon.info