“Gərək azarkeşlərimizi pərişan etməyək“

Azərbaycanın 1 nömrəli şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın "chesspro" portalına geniş müsahibə verib
 Fanat.az dünya şöhrətli idmançımızla müsahibəni təqdim edir.- Tromsödə Azərbaycan yığması 1 il əvvəl Avropa çempionu titulunu qazandığı heyətlə mübarizə aparırdı. Çin yığmasının parlaq oyunu olmasaydı bölüşdürdüyünüz 2-5-ci yerlərdən daha uğurlu nəticəyə ümid etmək olardı? Əlavə göstəricilərin hesablanma qaydalarında nə kimi dəyişiklik etmək istəyərdiniz? Bəlkə turların sayının artırılmasının tərəfdarısınız ki, daha ədalətli nəticələr ortaya çıxsın?- Əlavə göstəricilərin hesablanmasında dəyişiklik etmək məndən asılı məsələ deyil. Turların artırılması əlbəttə ki, daha ədalətli nəticələrin ortaya çıxmasına kömək edər. Qalan məsələlərdə isə hər şey ədalətli oldu.- Olimpiadada reytinqi 2700-dən yüksək olan qrossmeysterlərlə keçirdiyiniz 6 partiyada 4,5 xal topladığınız halda, daha "aşağı çəkili" rəqiblərinizlə baş tutan 4 oyunda cəmi 2,5 xal yığdınız. Belə qənaətə gəlmək olar ki, daha elitar şahmatçılarla oyunlara motivasiyanız xüsusi olur.- Xeyr, razılaşa bilmərəm. Zənnimcə, bir yarışla bunu ölçmək doğru deyil. Orta hesabla hər şey öz yerini tutur. Sadəcə, bu dəfə belə alındı.- İsveçrə sistemi ilə iştirak etdiyiniz yarışların 1-ci yerin müqəddəratı həə olunan son turunda zəif rəqib arzulamısınız?- Məgər baş mükafatın taleyi həll olunan son turda zəif rəqiblə düşmək ehtimalı var? Axı bu, İsveçrə sistemidi!- Növbəti Olimpiada Bakıda təşkil olunacaq. Bu, futbol deyil ki, doğma meydan amilini qabardasan. Paytaxtınızda keçiriləcək yarışda hamının sizdən qələbə gözləyəcəyi aydındı. Çətin olmayacaq?- Evdə oynamaq həm çətin, həm də xoşdu. Gərək zalı dolduracaq azarkeşlərimizi pərişan etməyək. Əminəm ki, anşlaq olacaq.- Yəqin, Məmmədyarovlar ailələr arasında dünya çempionatı keçirilsəydi, asanlıqla qalib olardı...- Yox, axı Polqar ailəsini siyahıdan silmək olmaz. Rəqabət var. - Bəs Şəhriyar Məmmədyarovun motivasiyasını hansı amil artıra bilər? Gözəl bir qızın gülümsəməsi? Yaxın dostun zəngi? Doğma şəhərdən telefon zəngi?- Dərhal bir neçə faktor adı çəkə bilmərəm. Ancaq bunu əminliklə söyləyə bilərəm ki, gözəl bir qızın gülümsəməsi ilə oyuna motivasiya ola bilmərəm.- Özünüzü şimalda, yoxsa cənubda daha rahat hiss edirsiniz?- Əlbəttə, Cənubda. Biz cənublular soyuğu sevmirik.