Ümid Partiyası qurultay keçirib...

Ümid Partiyasının növbədənkənar VIII Qurultayı keçirilib...

Poliqon xəbər verir ki, qurultayda 229 nəfər Qurultay nümayəndəsindən 207-si iştirak etdi, yeni Nizamnamə qəbul edildi.

İqbal Ağa-zadə yenidən növbəti 5 il üçün partiyanın sədri seçildi.Bundan əlavə, 15 nəfərdən ibarət İdarə Heyəti seçildi.

1. İqbal Ağa-zadə2. Ənvər Ağazadə3. Taleh Əliyev4. Tamilla Qulami5. İlahə Sadıqova6. Rəfail Tağızadə7. Elman Abbasov8. Anar İsayev9. Xanlar Abbasov10. Bakir Həsənbəyli11. Səməd Hətəmov12. Faiq Əliyev13. Elnurə Əliyeva14. Raifə Səfərova15. Mübariz Maxsudov

O cümlədən, 11 nəfərdən ibarət Təftiş Komissiyası seçildi.

1. Elşən Quliyev2. Namiq Əliyev3. Nuran Tağıyev4. Elşad Barat5. Ələddin Talıbov6. Validə Şərifova7. Səfa Orucova8. Səidə Hüseynova9. Malik Fərzəliyev10. Tural Əliyev11. Namiq Məmmədov

Təftiş Komissiyasının ilk iclasında Elşən Quliyev Təftiş Komissiyasının sədri, müavinlər Namiq Əliyev, Nuran Tağıyev, katib Elşad Barat 5 il müddətinə seçildi.

Qurultaydan sonra İdarə Heyətinin ilk iclası keçirildi. 15 nəfərdən ibarət İdarə Heyəti yeni Nizamnaməyə uyğun olaraq, 45 nəfərdən ibarət Məşvərət Şurası yaratdı.Sədrin təqdimatı ilə Rəfail Tağızadə Məşvərət Şurasının sədri, Ramiz Əlizadə, Natiq Səfərov, Firəddin Qəhrəmanov, İmadəddin Səlimov, Füzuli Əsgərov sədrin müavinləri seçildilər.

Günel İbadova, Salman İmanlı, Məhəbbət Orucov Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party sədrinin səlahiyyətli nümayəndələri seçiliblər.

Poliqon.info