Şəkidə evdə partlayış olub - Xəsarət alanlar var

Şəkidə evdə partlayış olub, 3 nəfər xəsarət alıb...

Hadisə rayonunun Aşağı Göynük kəndində baş verib.

Partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü Yusifova Şəlalə Nəsib qızı, 2021-ci il təvəllüdlü Soltanlı Məhəmməd Nicat oğlu və 2020-ci il təvəllüdlü Soltanlı Əli Nicat oğlu xəsarət alaraq Şəki rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanların vəziyyətləri ağır oldugu bildirilir.

Poliqon.info