Daşkəsəndə oğurluq edən dəstə üzvləri tutuldular

Faktla bağlı Daşkəsən RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir...

Daşkəsəndə oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, bu ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus tövlədən qanunsuz olaraq ümumi dəyəri 2000 manata yaxın olan 8 baş xırdabuynuzlu heyvan oğurlanıb:

“Oğurluğu törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakinləri Qamət Ələkbərov, İsmayıl Orucov, Göygöl rayon sakini Mahmud Cəfərov və həmyerlisi Sənan Əmiraslanov saxlanılıblar. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməllərini etiraf ediblər.

Faktla bağlı Daşkəsən RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”.

Poliqon.info