İŞİD qüvvələrindən Uqandada məktəbə silahlı hücum: Çox sayda ölü və yaralı var 

Uqandanın qərbində, Konqo Demokratik Respublikası ilə sərhədə yaxın Mpondve qəsəbəsindəki Lhubirira orta məktəbinə silahlı hücum olub...

Nəticədə 25 nəfər ölüb, 8 nəfər yaralanıb.

Hücumu İŞİD terror təşkilatı ilə əlaqəli olan separatçı Demokratik Qüvvələr Alyansının təşkil etdiyi bildirilib.

Bu barədə Uqanda polisinin rəsmi nümayəndəsi Fred Enanqa “Twitter” hesabında açıqlama verib.

“Demokratik Qüvvələr Alyansının üsyançıları tərəfindən Lhubirira orta məktəbində terror aktı həyata keçirilib. Bir yataqxana yandırılıb, ərzaqlar talan edilib. Məktəbdən 25 cəsəd çıxarılıb və Bvera Xəstəxanasına aparılıb. Həmçinin xəstəxanada ağır vəziyyətdə olan 8 nəfər var”, - deyə o bildirib.Enanqa əsgərlərin Konqo Demokratik Respublikasındakı Virunqa Milli Parkına doğru qaçan hücumçuları təqib etdiyini vurğulayıb.

Poliqon.info