Bakıda kafedən çıxan şəxs döyülərək pulu və sənədləri əlindən alınıb

Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “TT” adlanan kafenin yanında baş verib...

Bakıda kafedən çıxan şəxs döyülərək pulu və sənədləri əlindən alınıb.

Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “TT” adlanan kafenin yanında baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Salyan rayon sakini Mübariz Əzizov adıçəkilən kafedən çıxan zaman bir nəfər tanımadığı şəxsin ona bıçaqla hədə-qorxu gələrək üz nahiyəsindən yumruqla vurması və mobil telefonunu, içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 1500 manat olan pul kisəsini götürüb hadisə yerindən qaçaraq uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info