Böyük Dəbilqə: Azərbaycanın dörd cüdoçusu mübarizəyə qoşulur

Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə Böyük Dəbilqə turniri davam edir...

Yarışın ikinci günündə Azərbaycanın 4 cüdoçusu iki çəki dərəcəsində mübarizə aparacaq.

73 kq çəkidə Telman Vəliyev 1/16 finalda Baham adalarından olan Andrev Manninqslə, Rəşid Məmmədəliyev isə Türkmənistan idmançısı Parahat Nazarovla üz-üzə gələcək.

81 kq çəki dərəcəsində yarışan Zelim Tçkayevin ilk rəqibi bəhreynli Askerbiy Qerbekov olacaq. Eyni çəkidə Məhərrəm İmamverdiyev isə almaniyalı Tim Qramkovla münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşlər də 1/16 final çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan millisinin heyətində Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.

Poliqon.info