Estoniya yığmasının baş məşqçisi: “Azərbaycan millisi evdə yaxşı oynayır”

Heyətlə bağlı yekun qərarı bu gün axşam verəcəyik...

“Azərbaycan millisi evdə yaxşı oynayır”.

“Report”un məlumatına görə, bunu Estoniya yığmasının baş məşqçisi Tomas Haberli Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis iyunun 17-də “Dalğa Arena”da baş tutacaq qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:

“Üzərimizdə adi təzyiq var. Qrupumuzdakı digər 3 komanda güclüdür. Buna baxmayaraq, uğurlu nəticə qazanmağa çalışacağıq. Heyətlə bağlı yekun qərarı bu gün axşam verəcəyik”.

O, istənilən matçda səbirlə çıxış etməyin vacibliyini vurğulayıb:“Səbirli olmaq vacibdir. Bəzən 70, bəzən 80 dəqiqə buna ehtiyac olur. Bəzən həlledici zərbəni 70-ci dəqiqədən sonra vurursan. Buna görə də səbirlə çıxış edəcəyik”.

Haberli Azərbaycan yığmasının Avstriyaya 1:4, Estoniya seçməsinin isə 1:2 hesabı ilə məğlub olmasına da münasibət bildirib:

“Sonda hər iki komanda məğlub olub. Hesab arasındakı fərqin elə böyük önəmi yoxdur. İsveçə qarşı görüşdə hesab fərqli olsa da, Azərbaycan yaxşı oynamışdı. Vurulan qollara yox, xallara görə çıxış edirik”.

Poliqon.info