Kissincerin Putinlə bağlı ümidləri...

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer xəbərdarlıq edib ki, Ukraynadakı müharibə Avropa ilə sülh razılaşması ilə başa çatarsa, Rusiya hərbi təcavüzdən əl çəkməli olacaq...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin məlumatında bildirilir.

Kissincer hesab edir ki, Ukraynada istədiyi nəticəni əldə etmədən Avropa ilə sülh sazişi Vladimir Putinin hakimiyyətdə qalmasını çətinləşdirə bilər. ABŞ-ın keçmiş dövlət katibi Ukraynanı münaqişədən güclü demokratik ölkə kimi çıxmağa, Rusiyanı isə “incimiş və gücsüz” qoymamağa çağırıb.

Açıqlamasında Kissincer Putini “birmənalı olmayan və həyata keçirilə bilməyən istəkləri olan" və “sərhədsiz hakimiyyıt istəyən “Dostoyevski tipli fiqur” kimi təsvir edib.

Qeyd edək ki, Putin tez-tez Kissincerlə Rusiyada qonaq görüşürdü. Onların münasibətləri 1990-cı illərin ortalarına, Putin Sankt-Peterburq merinin müavini olduğu vaxta qədər uzanır.

Kissincer etiraf edir ki, ABŞ və müttəfiqləri Rusiyanın Ukraynaya hücumuna müqavimət göstərməkdə düzgün iş görsələr də, münaqişə tərəflərinin ona diplomatik yolla son qoymağı düşünməsi vacibdir.

Kissincer iddia edir ki, Rusiya Avropanı fəth edə bilməyəcəyini, lakin digər dövlətlər kimi hansısa formada konsensus yolu ilə onun tərkibində qalmalı olduğunu anladıqda Avropa və dünya daha da sabitləşəcək.

Poliqon.info