Türkiyə kanalları Azərbaycan peyki ilə yayımlanacaq

Türkiyənin NEBA şirkəti ilə Azərbaycanın peyk operatoru “Azərkosmos” arasında türk kanallarının Azerspace-1 peyki üzərindən yayımlanmasına dair müqavilə imzalanıb
Gün.Az “Azərkosmos” ASC-yə istinadən xəbər verir ki, müqavilə İstanbulda keçirilən CeBİT İnformasiya Texnologiyaları Avrasiya Sərgisində  imzalanıb.Mərasimdə iştirak edən Azərbaycan informasiya və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov qeyd edib ki, türk kanallarının Azərbaycan peyki üzərindən yayımlanmasına böyük önəm verilir.   NEBA şirkətinin baş direktoru Mustafa Serez  bildirib ki, “Azerspace-1-in Azərbaycanda və regionda gücü mübahisə olunmazdır, izləyici nüfuzetməsi 90%-a yaxındır:“Peykin texnoloji imkanları ən yüksək səviyyədədir. Bu cür güclü peyk operatoru ilə əməkdaşlıq etdiyimiz üçün çox məmnunuq”.Türk kanallarının ilk siqnalı bu ilin sentyabr ayında veriləcək.Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən Azərspace-1 peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.