Son 10 gündə gedən döyüşlərdə Rusiya Ukraynadan çox tank itirib...

Cəbhədən çəkilmiş video əks-hücum başlayandan bəri Rusiyanın Ukraynadan daha çox tank itirdiyini göstərib...

İyunun 4-də Ukrayna genişmiqyaslı əks-hücuma başladıqdan sonra Rusiya 32, Ukrayna isə 19 tankını itirib.

Poliqon xəbər verir ki, bu barədə cəbhədəki texnika itkisini açıq mənbələrdən araşdıran Oryx layihəsinin hesabatında deyilir.

Qeyd edək ki, Oryx layihəsi hər iki tərəfin texnikil itkilərini ictimaiyyətə açıq olan foto və videolar vasitəsilə izləyir. Oryx-in məlumatına görə, ümumilikdə, iyunun 4-dən etibarən Rusiya tərəfindən 120, Ukrayna tərəfindən 144 ədəd texnika itkisi olub.

Oryx-ə görə, Ukraynanın itirdiyi 19 tank arasında dörd “Leopard” (üç Leopard 2A6 və bir Leopard 2A4) var. İtirilmiş texnikaların qalan hissəsi sovet modelləri tanklardır.

Oryx həmçinin Ukrayna tərəfindən minalardan təmizləmə maşınlarına çevrilmiş üç Leopard 2R-nin sıradan çıxarılmasını təsdiqləyib. Lakin Oryx onları tank kimi təsnif etmir.

Zirehli döyüş maşınlarında da Rusiyanın itkiləri Ukrayna itkilərindən də çoxdur. Əks-hücum zamanı Oryx Rusiya ordusu tərəfindən 16, Ukrayna tərəfindən isə 5 zirehli maşının itkisi təsdiqlənib.

Qeyd edək ki, bu məlumatlar Vladimir Putinin çərşənbə axşamı səsləndirdiyi qiymətləndirmədən kəskin şəkildə fərqlənir. Putinin sözlərinə görə, əks-hücum başlayandan Ukraynanın itkiləri 160 tank və 360 zirehli texnikadan ibarətdir. Rusiya isə cəmi 54 tank itirib. Bundan əlavə, Rusiya prezidenti Ukraynanın canlı qüvvəsində “fəlakətli” itkilərin olduğunu da açıqlayıb.

Poliqon.info