Ukrayna ordusu əsas qüvvələrini hələ döyüş meydanına sürməyib...

Ukrayna qüvvələri Rusiyanın əsas müdafiə xəttindən bir qədər aralıdadır və qüvvələrin əsas hissəsi hələ də döyüşə atılmayıb...

On günə yaxındır ki, davam edən ağır döyüşlərdən sonra Kiyevin əks-hücumunun uğuru hələ qarşıdadır, çünki qoşunlar Rusiyanın əsas müdafiə xəttindən bir qədər aralıdadır və qüvvələrin əsas hissəsi hələ də döyüşə atılmayıb.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir.

Ötən bir həftə ərzində Ukrayna yeddi kəndi işğaldan azad etdiyini bildirib, lakin hər iki tərəf piyada döyüş maşınları və tanklar da daxil olmaqla itkilər verib.

Analitiklər bildirirlər ki, Ukrayna qüvvələri Rusiyanın əsas müdafiə xəttini yararkən daha çoxlu itkilər verəcəklər.

Qeyd edək ki, Ukrayna ən azı altı aydır ki, əks hücuma hazırlaşır, bu əməliyyat üçün 12 zirehli briqada yaradıb, onlardan doqquzu Qərb tərəfindən təlim və təchizat alıb. Ukraynalı generalların nəzərləri Tokmok və Melitopol kimi güclü möhkəmləndirilmiş yaşayış məntəqələrinə dikilib. Əks-hücum hava gücünün olmaması səbəbindən çətinləşir. Ukrayna F-16 təyyarələrinin tədarükü üçün Qərbən dəfələrlə israr etsə də təyyaraələr əks-hücum üçün çatdırılmayıb. Ehtimal edilir ki, döyüş təyyarələrini ancaq ilin sonuna qədər ala biləcək.

Analitiklərin hesablamalarına görə, Ukrayna öz “Bredli”lərinin 15%-ni və “Leopard”larının bir neçə faizini itirə bilər, hər iki tərəf itkilərə məruz qalıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın əks-hücumunu böyük itkilərlə məruz qalan “uğursuzluq” kimi dəyələndirib.

Qərbdə isə hesab edirlər ki, hücumun uğurlu olub-olmadığını söyləmək hələ çox tezdir.

Poliqon.info