Rusiyanın Avstraliyadakı səfirliyi yerləşdiyi ərazidən çıxarılır

Avstraliya Parlamenti milli təhlükəsizliyə təhdid səbəbilə Rusiyanın yeni səfirlik binasının tikintisi üçün ərazi icarəsini ləğv edən qanunu qəbul edib...

Poliqon xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb. Rusiyanın 2008-ci ildən icarəyə götürdüyü ərazi Kanberradakı parlament binasına bitişik idi və deputatlar belə bir yaxınlığın casusluq risklərinə səbəb olduğunu hesab edirdilər.

ABC qeyd edir ki, qanun layihəsi iyunun 15-də Avstraliya hökuməti tərəfindən parlamentə təqdim edilib və bir saat ərzində təsdiqlənib.

Avstraliya hakimiyyət orqanları Rusiyanın ölkədə diplomatik nümayəndəliklərinin olmasını qadağan etmədiklərini, sadəcə olaraq yeni səfirliyin parlamentin yanında yerləşməməsini istədiklərini vurğulayırlar.

Moskva daha əvvəl bu qadağaya məhkəmədə etiraz edəcəyini bildirmişdi. Avstraliyanın Baş naziri Entoni Albaniz cavab verdi ki, Rusiya beynəlxalq hüquqdan danışmağa yaramır, "nəzərə alsaq ki, o, Ukraynaya təcavüzü ilə bunu belə ardıcıl və həyasızcasına rədd edir".

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri Avstraliya Kiyevə hərbi yardım göstərib, yüzlərlə Rusiya vətəndaşı və şirkətinə qarşı sanksiyalar tətbiq edib. (AzPolitika.info)

Poliqon.info