"Ağstafa Gəncləri" PFK II Divizionda təmsil oluna bilər... - Foto

"Ağstafa Gəncləri" II Divizion üçün AFFA-nın İcraiyyə Komitəsinə rəsmi müraciət etdi.

Bu sözləri Mediaxeberleri.Az-a "Ağstafa Gəncləri" PFK-nın İdarə Heyətinin sədri Şahin Kərimov məlumat verib.

Şahin Kərimov bildirib ki, iyun ayının 3-də AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə toplantısı keçirilib. İclasda 2023/2024-cü il mövsümündən etibarən Azərbaycan çempionatında 10 klubun iştirakı ilə II Divizion turnirinin keçirilməsi qərara alınıb. Bununla bağlı müvafiq işlərin görülməsi üçün AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına tapşırıq verilib.

Biz də, yuxarıda qeyd olunanları nəzərə alaraq, AFFA-nın İcraiyyə Komitəsinə rəsmi müraciət etdik.

Xatırladaq ki, Ağstafa Gəncləri Peşəkar Futbol Klubu 2007-ci ildə yaranıb, 2008-2010-cu illərdə Həvəskarlar Liqasında çıxış etdikdən sonra, maliyyə problemləri səbəbiylə Həvəskarlar Liqasındakı çıxışını dayandıraraq, uşaq futbolunda mübarizəyə başlayıb.

Poliqon.info