“Son zəng” günü məzunlar qəzaya düşdülər - Video

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Cəlilabadın Göytəpə şəhərində “Son zəng” günü içində məzunlar olan VAZ-2107 markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən yol-nəqliyyat hadisəsi zamanı heç bir avtomobilin sükanı arxasında məktəbli, məzun olmayıb:

“Məktəblilər taksi fəaliyyəti göstərən həmin nəqliyyat vasitələrində sərnişin qismində olublar və hadisə zamanı xəsarət alan olmayıb. Nəqliyyat vasitələrindən birinin sürücüsü ötmə qaydalarını pozduğuna görə, barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görülüb”.

Poliqon.info