MTN-nin keçmiş əməkdaşının meyiti tapıldı

Bakıda Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsinin meyiti tapılıb
MTN-in İmişli rayon şöbəsinin rəis müavini 48 yaşlı Qalib Qulamovun meyiti Ələt qəsəbəsi ərazisində Xəzər dənizi sahilində aşkar edilib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.Q.Qulamov çimərlik geyimində olub. Avtomobili və paltarları isə meyitdən xeyli aralıda olub.Hadisədən əvvəl Bakıda yaşayan ailə üzvləri ilə danışıb və onların yanına gəldiyini deyib. Sonra isə ailə üzvlərinə onun ölüm xəbərini çatdırıblar.Onu da əlavə edək ki, Q.Qulamov bir müdət əvvəl isə MTN-in Biləsuvar rayon şöbəsinin rəisi olub.Bəzi məlumatlara görə, Q.Qulamov MTN-in Hacıqabul şöbəsinin rəisi olub, bu ilin aprelində təqaüdə göndərilib.Məsələ ilə bağlı “Qafqazinfo” Nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorunun rəisi Arif Babayevlə əlaqə saxlayıb. A. Babayev bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinin sıralarında belə bir əməkdaş yoxdur: “O nə İmişlinin rəis müavini, nə də Hacıqabulun rəisidir. 2014- cü ilin fevral ayında yaşa görə  ehtiyata buraxılıb. Onun MTN-nin əməkdaşı olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.”