Xaçmazda avtomobil at arabasını vurub, xəsarət alanlar var

Xaçmaz rayonunun Qaraçay körpüsündə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib...

"Report"un Şimal bürosu xəbər verir ki, 1985-ci il təvəllüdlü Əhmədov Firuz Fərhad oğlunun idarə etdiyi "Opel" markalı minik avtomobili at arabasına çırpılıb.

Hadisə zamanı 1992-ci il təvəllüdlü Məmmədov Elvin Eldar oğlu, 2006-cı il təvəllüdlü Səfərov Pərvin Kərəm oğlu F.Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info