“Azərbaycanda 1130 şəhid verdik”

“Min illik qardaşlığın ifadəsi olan “Bir millət, iki dövlət” fikri Azərbaycanla olan qüvvətli dostluq əlaqəmizin ən gözəl ifadəsidir”
Bunu Türkiyənin Böyük Millət Məclisinin deputatı  Sağlamlıq, ailə, iş və ictimai işlər komissiyasının sədri Necdet Ünüvar deyib.O bildirib ki, imperialistlərlə ağır mübarizədən sonra işğaldan xilas olan yerlərdən biri də Azəraycanın paytaxtı Bakıdır: “1918-ci ildə yaradılan Qafqaz İslam Ordusu Nuru Paşa komandanlığı altında Osmanlıdan yardım gəldi. May ayında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə çatan ordu, marşrutu üzərindəki şəhərləri bolşevik qoşunları və erməni dəstələrindən təmizləyərək sentyabrın 15-də Bakını xilas etdi. Qafqaz İslam Ordusu bu müharibələrin sonunda Azərbaycanda 1130 şəhid verdi”.Onun sözlərinə görə, bu il Bakının düşmən işğalından azad edilməsinin 96-cı ildönümünü qeyd edir: “Başda Nuru Paşa və silahdaşları olmaqla bütün şəhid və veteranlarımızı minnətdarlıqla xatırlayır, Uca Allahdan hamısına rəhmət diləyirəm”.Deputat Türkiyə və Azərbaycan dövlətlərinin qardaşlığının daimi olmasını arzuladığını da qeyd edib.