Bakıda daha bir marşrut ləğv edildi

8-ci km ərazisindən Neftçilər metro stansiyası, Bakıxanov qəsəbəsini keçməklə Atəşgah dairəsinə qədər gedən 23 nömrəli marşrut bu gündən etibarən işləməyəcək
PİA.AZ bildirir ki, bu barədə Axar.az-a 23 nömrəli xətt üzrə hərəkət edən marşrut sürücüləri özləri məlumat veriblər. Sürücülər qeyd edir ki, xətdən çıxarılan 23 nömrəli marşrutun avtobusları 49 nömrəli xətt üzrə hərəkət edən marşrutlara satılıb. 23 nömrəli marşrut qeyd edilən istiqamət üzrə ən çox istifadə edilən marşrut hesab olunurdu.   Qeyd edək ki, avqust ayının 28-dən etibarən Nəqliyyat Nazirliyi 90, 95, 131, 168, 173 saylı avtobuslarla yanaşı 23 nömrəli marşrut avtobusunun da hərəkət  xəttini dəyişdirmişdi.