Türkiyə, Rusiya, Suriya və İran XİN başçılarının müavinləri Astanada görüşəcək

Türkiyə, Rusiya, Suriya və İran XİN başçılarının müavinləri Astanada görüşəcəkQazaxıstanın Astana şəhərində iyunun 21-də Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirləri müavinlərinin görüşü keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

Onun sözlərinə görə, iyunun 20-21-də Rusiyanın geniştərkibli nümayəndə heyəti Astanada səfərdə olacaq.

Görüşdə Suriyadakı vəziyyət müzakirə olunacaq.

Poliqon.info