Qarabağa qayıdan məcburi köçkünlərin evləri Dövlət Komitəsinə təhvil verilir - Rəsmi  

Komitəyə təhvil verilən mənzillər ehtiyacı olan məcburi köçkün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına növbəlilik əsasında verilir...

“Dövlət fondundan müvəqqəti yaşayış üçün mənzil və ya fərdi evlə təmin olunmuş məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdanda mənzillərini Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə təhvil verirlər”.

Bunu Oxu.Az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidməti Departamentinin rəhbəri İbrahim Mirzəyev deyib.

O bildirib ki, komitəyə təhvil verilən mənzillər ehtiyacı olan məcburi köçkün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına növbəlilik əsasında verilir.

Poliqon.info