OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu cüzi azaldıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu cüzi azaldıb.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

OPEC-in proqnozuna görə, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 700 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da illik müqayisədə 29 min barel artım deməkdir və öncəki artım tempi üzrə proqnoz göstəricidən 8 min barel azdır.

Qeyd olunur ki, proqnozun azalmaya doğru korrektə edilməsi apreldə ayında əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olması ilə əlaqədardı.

Hesabata əsasən, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 40 min barel azdır.

Poliqon.info