Konqresmenlər Baydendən CAR-ı cəzalandırmağı tələb edir

ABŞ qanunvericilərindən ibarət iki partiyalı qrup Co Bayden administrasiyasına məktub yazaraq, Cənubi Afrikanı (CAR) Ukraynadakı müharibəyə dəstək olduğu üçün cəzalandırılmasını tələb edib...

Poliqon xəbər verir ki, bu bu barədə New York Times məlumat yayıb. Xüsusilə, konqresmenlər böyük bir ticarət konfransının, Afrika İnkişaf və İmkanlar Aktı (AGOA) forumunun başqa ölkəyə köçürülməsini istəyirlər.

AGOA 30-a yaxın Afrika ölkəsinin ABŞ ticarət bazarına rüsumsuz çıxış təmin edir və ən böyük benefisiar olan Cənubi Afrika ötən il AGOA vasitəsilə təxminən 3 milyard dollarlıq mal ixrac edib.

Qanunvericilər iddia edirlər ki, kəşfiyyat məlumatlarına görə, Cənubi Afrika Rusiyaya müharibə üçün silah tədarük edib. Amma ölkə rəsmiləri bunu inkar edir. Bayden administrasiyası CAR prezidenti Siril Ramafosanın bu iddiaları araşdırması üçün gözləmə mövqeyi tutub.

"NYT-yə görə, ABŞ Cənubi Afrikanın AGOA-ya çıxışını ləğv edərsə, bu, ölkə iqtisadiyyatına ciddi zərər verəcək. Rusiya ilə bağlı mübahisə Aktın 2025-ci ildə uzadılması zamanı Cənubi Afrikanın AGOA-dan xaric edilə biləcəyi ilə bağlı fərziyyələri daha da artırıb.

Qeyd edək ki, 2020-ci ildə ABŞ insan hüquqlarının pozulması və digər pozuntuları əsas gətirərək Efiopiya, Qvineya və Malini AGOA-dan çıxarıb.

Poliqon.info