FT: Ukraynaya təhlükəsizlik təminatları ilə bağlı Qərbdə fikir ayrılıqları var...

Fransa, Almaniya və Polşa Rusiyaya qarşı hərbi əməliyyatlarda bir daha Ukraynanı dəstəklədiklərini bəyan ediblər...

Bununla belə, liderlər Qərb dövlətləri arasında Ukraynaya hansı təhlükəsizlik təminatları təklif edəcəyi ilə bağlı gərgin danışıqlar barədə məlumat verməyiblər.

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri yazıb.

“Ukraynanın Qərb tərəfdarları arasında müzakirələr olsa da, müharibə davam edərkən, Ukraynaya NATO üzvlüyü təklif oluna bilməz. Rusiyanın Ukrayna üçün artıq təhlükə yaratmamasını təmin etmək üçün nəyin, nə vaxt və necə kifayət edəcəyi ilə bağlı Qərb dövlətləri arasında hələ də fikir ayrılıqları var”, deyə FT yazır.

Qəzet yazır ki, Ukrayna prezidenti Volodimir Zelenski gələn ay NATO liderlərinin sammitində Alyans üzvü olan ölkələri məcburi təhlükəsizlik zəmanətləri verməyə və Kiyevin təşkilata qoşulması yollarını müəyyənləşdirməyə çağırıb. Danışıqlar əsasən NATO-nun beş böyük hərbi gücündən dördü olan ABŞ, Böyük Britaniya, Fransa və Almaniyaya yönəlib.

“Bəzi ölkələr, o cümlədən ABŞ və Almaniya hazırda Ukraynaya üzvlük müddətinin verilməsinə qarşıdır. Emmanuel Makron üzvlüyə aparan “yol”u dəstəkləyib”, deyə FT-nin məlumatında bildirilir.

Nəşr qeyd edir ki, təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar geniş miqyasda davam edir, lakin yekun nəticələrlə bağlı heç bir aydınlıq yoxdur. Rəsmilər vurğulayırlar ki, bu cür tənzimləmələr müvəqqəti olacaq və tam üzvlüklə əvəz oluna bilməz.

NATO rəsmiləri vurğulayıblar ki, ikitərəfli təhlükəsizlik təminatları kollektiv ittifaq məsələsi deyil. Gözlənilir ki, NATO üzvlərinin Kiyevə mümkün təklifləri Alyans ölkələrinin müdafiə nazirləri arasında gələn ay Vilnüsdə keçiriləcək görüşdən əvvəl - bu cümə axşamı Brüsseldə keçiriləcək görüşdə müzakirələr çərçivəsində açıqlanacaq.

Poliqon.info