İlon Mask: Ya “Leopard 2” tanklarını Ukraynaya çox verin, ya da heç verməyin...

Amerikalı iş adamı İlon Mask Mask Ukraynanın Almaniyadan “Leopard 2” tanklarının tədarükünü artırmaq istəyinə münasibət bildirib...

Poliqon xəbər verir ki, iş adamı bu barədə Twitter-də yazıb.

Mask bildirib ki, az sayda“Leopard 2” tank əleyhinə silahlar və minalarla məhv etmək asandır. O, Ukrayna xarici işlər nazirinin müavini Andrey Melnikin Almaniyadan daha çox “Leopard 2” tankı tədarükü xahişini şərh edərkə qeyd edib ki, Almaniya bu tanklarda Ukraynaya ya çox verməlidir, ya da heş verməməliydi.

“Məlumdur ki, azsaylı tank briqadası tank əleyhinə silahlar və minalarla asanlıqla məhv edilir. Almaniya bu tankları Ukraynaya ya ümumiyyətlə ya verməməliydi, ya da daha çox verməlidir”, deyə İlon Mask Twitter-də yazıb.

Qeyd edək ki, Almaniya Kiyevə 18 ədəd “Leopard 2” tankı göndərib.Rusiya Müdafiə Naszirliyin onlardan 9-nun artıq sıradan çıxarldığını bildirib.

Poliqon.info