Bulvarda kaktusları yandıran şəxs saxlanıldı - Video

Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək...

Dənizkənarı Bulvar ərazisində kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, əməli törədən Varis Etibar oğlu Cəfərli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Poliqon.info