Tehranın Latın Amerikası həmləsi - Rəisi Venesuelaya səfərə gedib...

İran prezidenti İbrahim Rəisinin Venesuelaya rəsmi səfəri başlayıb. Raisi Venesueladan başqa Kuba və Nikaraquaya da səfər edəcək...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, bu barədə Venesuelanın “Venezolana de Television” kanalı iyunun 12-də məlumat yayıb.

İran prezidentini Karakos hava limanında Venesuelanın xarici işlər naziri İvan Gil qarşılayıb. Rəsmi qarşılanma mərasimi isə Prezident sarayında baş tutub.

Xəbərdə qeyd edilir ki, Raisi Venesueladan başqa Kuba və Nikaraquaya da səfər edəcək.

İran və Venesuela arasında münasibətlər, xüsusilə ticarət, enerji və siyasət sektorlarında son zamanlar fəal inkişaf edir..

Poliqon.info