“Bakcell”in dəstəyi ilə keçirilmiş velosiped yarışının ən sürətliləri bəlli oldu
“Əziz Şuşa” beynəlxalq velosiped yarışı iyunun 7-də Bakıda start götürüb və iyunun 11-də Şuşada yekunlaşıb...
"Bakcell" şirkətinin dəstəyi ilə “Əziz Şuşa” beynəlxalq velosiped yarışı baş tutub.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yarışda 14 ölkədən 100-dən çox idmançı mübarizə aparıb.
Əsl sürət bayramına çevrilmiş bu yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
“Əziz Şuşa” beynəlxalq velosiped yarışı iyunun 7-də Bakıda start götürüb və iyunun 11-də Şuşada yekunlaşıb.
Hazırda "Bakcell" şirkəti “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.
Xatırladaq ki, şirkət “NEQSOL Holding”in tərkibinə daxildir.
Poliqon.info