Ukraynada azərbaycanlılar girovluqdan azad edildilər - Video

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Ukrayna ordusunun bir neçə gündür apardığı əks-hücum əməliyyatı nəticəsində artıq Donetsk və Zaporojyedə bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib.

Qeyd olunub ki, Kiyevdə sakitlik hökm sürsə də, hərbi mənbələr xəbərdarlıq edirlər ki, əks-hücum əməliyyatının davam edəcəyi təqdirdə bura da Rusiya ordusunun hava hücumuna məruz qala bilər.O da bildirilib ki, Zaporojyedə azad olunan yaşayış məntəqələrində girovluqdan xilas olanlar arasında azərbaycanlılar da var.

“Həmyerlimiz Ruslan Əliyev bu müddətdə Rusiya hərbçiləri tərəfindən işgəncələrə məruz qalıb”, - deyə jurnalist əlavə edib.

Ətraflı videonu təqdim edirik:

Poliqon.info