Azərbaycan millisi Şuşadakı beynəlxalq turnirdə məğlub olub - Yenilənib

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində növbəti oyun baş tutub.

"Report"un məlumatına görə, B qrupunda yer alan Azərbaycan millisi Macarıstan seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 21:6 hesablı qələbəsi ilə yekunlaşıb.

***

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində növbəti oyun baş tutub.

"Report"un məlumatına görə, A qrupunda yer alan "Neftçi" klubu Rumıniya yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin 20:11 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Macarıstan kollektivi ilə qarşılaşacaq.

***

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində növbəti oyun keçirilib.

"Report"un məlumatına görə, B qrupunda Niderland yığması Yaponiyanın G FLOU klubu ilə üz-üzə gəlib.

Qarşılaşma Avropa təmsilçisinin 15:9 hesablı qələbəsi ilə bitib. A qrupundakı ilk görüşdə Almaniya Türkiyə seçməsini 17:9 hesabı ilə üstələmişdi.

Azərbaycan kollektivi qrupdakı ilk oyununu saat 14:15-də Macarıstan seçməsinə, "Neftçi" isə saat 13:50-də Rumıniya yığmasına qarşı keçirəcək.

***

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə start verilib.

"Report"un məlumatına görə, turnirin ilk oyununda A qrupunda Almaniya və Türkiyə komandaları üz-üzə gəliblər.

Qarşılaşma Almaniya millisinin 17:9 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşü gənclər və idman naziri Fərid Qayıbov, həmçinin, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov da izləyib.

Azərbaycan kollektivi qrupdakı ilk oyununu saat 14:15-də Macarıstan seçməsinə, "Neftçi" isə saat 13:50-də Rumıniya yığmasına qarşı keçirəcək.

Poliqon.info