Avropa qaz saxlamaq üçün yer axtarır...

Avropanın mövcud qaz anbarlarını sürətlə doldurması ilə əlaqədar ölkələr gələn qış ərəfəsində daha çox tutuma malik yerlər axtarırlar...

Poliqon Bloomberg Agentliyinə istinadən xəbər verir ki, bəzi məmurlar həll yolunu tapdıqlarına inanırlar, çünki Ukrayna qitədə tələbatın və qiymətlərin kəskin sıçrayışı zamanı qazın saxlana biləcəyi ən böyük yeraltı anbarlar şəbəkəsinə malikdir.

Məqalədə deyilir ki, Ukraynada qaz anbarlarını səmərəli etmək və xərcləri doğrultmaq üçün qiymətlər kifayət qədər aşağı düşməlidir. Münaqişə ilə bağlı potensial itkilərdən müdafiəni təmin etmək üçün Avropa İttifaqı da məsələyə müdaxilə etməli olacaq.

2002-ci ildə Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsi başladıqdan sonra Aİ Rusiya qazından asılılıqdan qurtulmaq niyyətini açıqlayıb. 2022-ci il ərzində Rusiya Aİ-nin “qaz şantajı” həyata keçirib. 1 dekabr 2022-ci il tarixinə “Qazprom” Aİ ölkələrinə qaz ixracını demək olar ki, iki dəfə azaldıb, lakin Avropa payız-qış isitmə mövsümünü uğurla keçib.

Mayın 6-da Avropada qazın qiyməti 2021-ci ilin iyulundan bəri ən aşağı həddə - meqavat/saat üçün 35,2 avroya düşüb. Bu qiymət 2022-ci ilin yayındaki pik dəyərlərdən təxminən 10 dəfə aşağıdır.

8 may 2023-cü ildə məlum olub ki, Avropada qaz alışı səngiyir. Bəzi ekspertlər qaz qiymətlərinin meqavat/saat üçün 10 avroya qədər düşə biləcəyini proqnozlaşdırır ki, bu da hazırkı səviyyədən 70%-dən çox aşağıdır.

Poliqon.info