Çinli azarkeşlər Messini otelə qapadıblar...

Argentinalı ulduz futbolçunun Çindəki məşqi “inanılmaz dərəcədə ehtiraslı” azarkeşlərə görə ləğv edilib...

Argentinalı hücumçu Lionel Messinin Çinə gəlişi ətrafında həyəcan o qədər böyük olub ki, futbolçu Pekin otellərindən birindən çıxa bilməyib.

Poliqon xəbər verir ki, bu barədə bazar ertəsi, Çinin dövlət nəşri Global Times Agentliyi məlumat yayıb.

Nəşr Argeulduz ftbolçunun şənbə günü Pekinə gəldiyini yazıb. Qeyd edilir ki, iyunun 15-də Argentina və Avstraliya komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Məşq bazar gününə planlaşdırılıb. Lakin Argentina millisinin qaldığı otelin qarşısında toplaşan “inanılmaz dərəcədə ehtiraslı” azarkeşlər səbəbindən komanda “oteldən çıxa bilməyib”. Bu səbəbdən məşq ləğv edilib.

Məlumata görə, çinli azarkeşlərdən biri Messi ilə görüşə bilmək üçün paytaxtdakı dörd oteldə nömrə bron edib.

Bundan əlavə, nəşr futbol azarkeşlərinin Argentina və Avstraliya yığmaları arasında keçiriləcək yoldaşlıq oyununa biletlərin qiymətinin artırılmasından narazı olduqlarını bildirib.

Xatırlaadq ki, 35 yaşlı Messi ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top”un yeddiqat qalibidir. Bu, rekord göstəricidir. Argentina milli komandasının tərkibində futbolçu Dünya Kubokunun (2022), Amerika Kubokunun (2021) və Olimpiadanın (2008) qalibi olub.

Poliqon.info