Rodri Çempionlar Liqası turnirinin ən yaxşı oyunçusu seçilib

“Mançester Siti”nin futbolçusu Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib...

“Mançester Siti”nin futbolçusu Rodri UEFA Çempionlar Liqasında 2022/23 mövsümünün ən yaxşı oyunçusu seçilib.

Poliqon xəbər verir ki, bu barədə İndependent qəzeti məlumat yayıb.

Rodrinin 12 matçda iki qolu var. O, Çempionlar Liqasının finalında da qələbə qolunu vurub.

Qeyd edək ki, iyunun 10-da İstanbulda Çempionlar Liqasının finalı keçirilib. “Mançester Siti” “İnter”i məğlub edərək klub tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. Oyun 1:0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb.

Rodrinin 26 yaşı var. O, “Atletiko Madrid” və “Vilyarreal” klublarının yetirməsidir. O, 2019-cu ildən “Mançester Siti”də çıxış edir.

“Mançester Siti”nin digər futbolçusu Erlinq Haaland bu mövsüm Çempionlar Liqasında ən çox qol vuran futbolçudur. O, rəqib qapısına 12 qol göndərib.

Polqion.info