“Forsaj 10” döyüş filmi 652 milyon dollardan çox gəlir gətirib...

Rejissor Luis Leteryenin “Forsaj 10” döyüş filmi dörd həftə ərzində dünya miqyasında kassasına 652,7 milyon dollar qazandırmağı başarıb...

Poliqon xəbər verir ki, bu barədə Box Office Mojo saytı məlumat yayıb. Saytın yazdığına görə bu məbləğin 514,65 milyon dolları Şimali Amerikadan qazanılıb. Qalan 138,09 milyon dollar isə digər ölkələrdən kassaya daxil olub. Filmin büdcəsi isə təxminən 340 milyon dollar təşkil edib ki, bu da onu tarixin ən bahalı filmlərindən birinə çevirib.

“Forsaj 10” hazırda 2023-cü ilin ən çox gəlir gətirən dördüncü filmi olmasına baxmayaraq, filmin əldə etdiyi gəlir Universal studiyası tərəfindən heç də uğurlu olaraq qəbul edilməyib.

Poliqon.info